Allah tarix boyunca qövmləri onlara göndərdiyi peyğəmbərlər vasitəsilə doğru yola dəvət etmişdir. Bu mübarək insanların hamısının məqsədi eyni idı: bütün insanları Allaha inanmağa və yalnız Ona qulluq etməyə çağırmaq!
Peyğəmbərlər insanlara haqq dini təbliğ etmiş, cəmiyyətlər üçün nümunə olmuşlar. Bu səbəbdən də Allahın seçilmiş qulları olan peyğəmbərlərin üstün şəxsiyyətləri, gözəl əxlaqi xüsusiyyətləri və hadisələr qarşısında göstərdikləri davranışlar möminlər üçün son dərəcə gözəl nümunələrdir. Bu mübarək insanlardan ikisi də Hz.İbrahim və Hz.Lutdur!
Filmimizin birinci hissəsində Allahın üstün əxlaqı, dərin imanı, hər cür davranışı və sözləri ilə insanlara nümunə göndərdiyi mübarək Peyğəmbərimiz Hz.Muhəmmədin (sav) möcüzələrindən bir hissəsini seyr etdik. Filmimizin bu hissəsində isə qarşısındakı ən azğın və qəzəbli inkarçıların olmasına, bunların qurduqları çoxlu hiyləyə baxmayaraq Peyğəmbərimizin (sav) heç vaxt zərər görmədən möcüzəli tərzdə mübarizəsinə davam etdiyini görəcəksiniz. Həmçinin Peyğəmbərimizin (sav) Allahın istəyi ilə bir çox mövzuda heç kimin bilməyəcəyi qeyb bilgisinə malik olduğuna və 1400 il sonra meydana gələn hadisələri də sanki həmin dövrü görən adam kimi ətraflı olaraq bəhs etdiyinə şahid olacaqsınız.
Bütün kainatı Allah yaradıb və bütün yaradılanlar insana Allahın dəlillərini göstərir. Elm bu yaradılmış varlıqları tədqiq etmək üçün bir üsuldur. Buna görə də dinlə elmin bir-biri ilə ziddiyyət təşkil etməsi mümkün deyil.
Əksinə, İslam dini elmə çağırır, elmin inkişafını təşviq edir. İslam tarixindəki böyük elmi inkişaf bu təşviqin əhəmiyyətini üzə çıxarır. Elmi materialist fəlsəfə ilə qarışdırmaq istəyən XIX əsrin müddəaları bu gün öz qüvvəsini itirib.
Bəşəriyyət yaxın zamanlarda daha aydın şəkildə dərk edəcək ki: Bütün kainatı və canlıları Allah yaradıb. Elm bu yaradılışın dəlillərini göstərir və bu həqiqəti 14 əsr bundan əvvəl bildirmiş Qurani-Kərim elmə yol göstərir.