Hz.Yusif kiçik yaşda ikən qardaşları tərəfindən quyuya atılaraq ölümə tərk edilmiş, sonra qul olaraq satılmışdı. Bir vaxt böhtana məruz qalaraq uzun illər həbsdə qalmış, müxtəlif çətinliklərlə sınanmışdır. Allah Hz.Yusifə qurulan hiylədən sonra onu xəzinələrin rəhbərliyinə gətirmiş, ona güc, var-dövlət və iqtidar vermişdir. Hər mövzuda olduğu kimi Allahın qanunu bu məsələdə də etibarlıdır. Allah yaşadıqları çətinliklərdən sonra möminləri qurtaracağını ayələrdə vəd etmişdir. Yusif hekayətini yaxşı dərk etmək, inanan insanların həyatları boyunca, hətta gündəlik həyatlarında da istifadə edəcəkləri bir təcrübə olacaqdır.
Bütlər insanı aldadır və boyunduruq altına alırlar. Diktatorlar insanı təzyiq və qorxu ilə əzirlər. Materializm kimi fəlsəfə və ideologiyalar insanın beynini öz təsirlərinə salır, məntiqli fikirləşmələrinə maneə olur, onu əsəb və təəssübkeşliyə aparır. Pul və şan-şöhrət kimi gündəlik həyat bütləri isə insanları boş məqsəd uğruna çalışdırır, onları gərginliyə və stressə salır. Bu saxta tanrıların heç biri insana rahatçılıq, səadət və müstəqillik qazandırmaz.
İnsanın yeganə xilası bir olan Tanrıya, yəni Uca Allaha qulluq etməsidir. Allahdan başqa hər şey Onun yaratdığı aciz məxluqlardır. Bu məxluqların heç biri insanın rəhbəri, yaradanı və həyatının məqsədi ola bilməz. Bütün bunlar Allaha aiddir. Və insan bütün bütlərdən üz döndərərək Allaha üz tutmalı, Onun üçün yaşamalıdır. Bu yoldan uzaqlaşan insan isə gözünü açıb-bağlayana kimi ötən dünya həyatının nəticəsində alacağı əvəzin əzab və peşmançılıq olacağını bilməlidir.