XX əsr bəşəriyyət tarixinin ən qanlı əsri oldu. 250 milyondan artıq insan müharibələrin, kütləvi qırğınların və siyasi çəkişmələrin qurbanı oldu. Bu böyük vəhşətin ən böyük məsuliyyəti "kommunizm" adlanan ideologiyanın üzərinə düşür. Bəşəriyyətə sözdə bərabərlik və ədalət vəd edən bu ideologiya insanlara qan, ölüm və qorxudan başqa heç bir şey vermədi. Bu filmdə sizz qanlı kommunizm əsrini araşdıracaq və bu ideologiyanın bəşəriyyətə böyük vəhşət yaşatdığını görəcəksiniz. Bəşəriyyətin bu vəhşiliklərdən qurtulması, ancaq insanların bu dünyadakı varolma məqsədlərini bilməsi ilə mümkündür. İnsan darvinistlərin, kommunistlərin və faşistlərin fərz etdiyi kimi təsadüflər nəticəsində meydana gələn və mübarizə üçün yaşayan bir heyvan növü deyil. İnsan Allahın yaratdığı və Onun ruhunu daşıyan şərəfli bir varlıqdır. İnsanın var olmasının məqsədi də Allahın ona verdiyi gözəl əxlaqa əsasən yaşamaq və öyrənməkdir.
Qızıl dövr Quran əxlaqının Mehdi vasitəsilə bütün dünyaya hakim olacağı və insanların həqiqi imana qovuşacaqları dövrdür. Bu iki hadisənin çox mühüm olan bəzi maddi nəticələri var: Qızıl dövrdə əmin-amanlıq, təhlükəsizlik və ədalət tam şəkildə təmin ediləcəkdir. Bəşəriyyət iqtisadi çətinliklərdən qurtulacaq, ehtiyac içində olan adam olmayacaq, istəyənə istədiyindən də artığı veriləcəkdir. Həmin dövrə qədər görünməmiş bir bolluq yaşanacaq, məhsullar sayılmadan, çəkilmədən hər istəyənə paylanacaqdır. Bu dövrün diqqəti cəlb edən başqa bir xüsusiyyəti də müharibə və iğtişaşlara son qoyulmasıdır. Əvvəllər düşmən olan xalqlar arasında sülh və əmin-amanlıq yaşanacaq. İnsanlar bu dövrdə texnologiyanın bütün nemətlərindən istədikləri qədər və istədikləri ölçüdə faydalanacaq, texnologiyadakı hər cür tərəqqidən insanların rahatlığı, komfortu, sevinci və xoşbəxtliyi üçün istifadə ediləcəkdir. Təbabətdə, əkinçilikdə, rabitədə, sənaye texnologiyasında və nəqliyyatdakı ixtiralar yeni cığırlar açacaq. İncəsənətdə bir-birindən gözəl əsərlər ortaya çıxacaq, Allaha olan imanın insanlara qazandırdığı geniş üfüq və dərin düşüncə bütün sənət sahələrinə rəhbərlik edəcəkdir. Bir hədisdəki ifadə ilə desək, "insanlar vaxtın necə keçdiyini bilməyəcək, bu gözəlliklərdən daha çox istifadə etmək üçün Allahdan ömürlərinin uzadılmasını istəyəcəklər". İndi qeyd edilən fövqəladə hadisələrin necə həyata keçəcəyini Bu filmdə seyr edəkciniz.
XX əsr bəşər tarixinin ən qanlı dövrü oldu. Bəşəriyyət bu dövrdə ilk dəfə «dünya müharibəsi» ifadəsi ilə tanış oldu. I və II dünya müharibələrinin nəticəsində 65 milyon insan həlak oldu. Bunların təxminən yarısı müharibə ilə əlaqəsi olmayan dinc əhali idi. Uşaqlar, müdafiəsiz qadınlar və qocalar zalımcasına qətl edildi... Bəs dünya necə oldu ki, bu cür böyük ağılsızlığa məruz qaldı? Nəyə görə insanlar göz görə-görə həm öz xalqlarını, həm də başqalarını qan tökmək quyusuna atdılar? Bu vəhşiliyin arxasındakı fəlsəfə nə idi? Bu sənədli film, sizə bu mühüm məsələnin cavabını xəbər verir.
Bütün kainatı Allah yaradıb və bütün yaradılanlar insana Allahın dəlillərini göstərir. Elm bu yaradılmış varlıqları tədqiq etmək üçün bir üsuldur. Buna görə də dinlə elmin bir-biri ilə ziddiyyət təşkil etməsi mümkün deyil.
Əksinə, İslam dini elmə çağırır, elmin inkişafını təşviq edir. İslam tarixindəki böyük elmi inkişaf bu təşviqin əhəmiyyətini üzə çıxarır. Elmi materialist fəlsəfə ilə qarışdırmaq istəyən XIX əsrin müddəaları bu gün öz qüvvəsini itirib.
Bəşəriyyət yaxın zamanlarda daha aydın şəkildə dərk edəcək ki: Bütün kainatı və canlıları Allah yaradıb. Elm bu yaradılışın dəlillərini göstərir və bu həqiqəti 14 əsr bundan əvvəl bildirmiş Qurani-Kərim elmə yol göstərir.