XX əsr bəşər tarixinin ən qanlı dövrü oldu. Bəşəriyyət bu dövrdə ilk dəfə «dünya müharibəsi» ifadəsi ilə tanış oldu. I və II dünya müharibələrinin nəticəsində 65 milyon insan həlak oldu. Bunların təxminən yarısı müharibə ilə əlaqəsi olmayan dinc əhali idi. Uşaqlar, müdafiəsiz qadınlar və qocalar zalımcasına qətl edildi... Bəs dünya necə oldu ki, bu cür böyük ağılsızlığa məruz qaldı? Nəyə görə insanlar göz görə-görə həm öz xalqlarını, həm də başqalarını qan tökmək quyusuna atdılar? Bu vəhşiliyin arxasındakı fəlsəfə nə idi? Bu sənədli film, sizə bu mühüm məsələnin cavabını xəbər verir.
Bu sənədli film insanın necə yaradıldığını, hansı mərhələlərdən keçəndən sonra xəlq edilməsindən bəhs edir. Bu film sizin haqqınızdadır.
Bir vaxtlar ananızın bətnində bir hüceyrə idiniz. Eyni ilə dünyadakı başqa insanlar kimi... Sonra bu hüceyrə bölündü. İki hüceyrə oldu. Daha sonra bölünərək dörd hüceyrə oldu. Sonra səkkiz, sonra on altı... Hüceyrələr get-gedə çoxaldı. Əvvəlcə ortaya bir ət parçası çıxdı. Sonra həmin ət parçası forma aldı. Qolları, ayaqları, gözləri oldu. Əvvəlki hüceyrə 100 milyard dəfə böyüdü, 6 milyard dəfə ağırlaşdı. Öncə yalnız bir su damlası ikən Allah bir möcüzə gerçəkləşdirdi və insanı yaratdı. İnsanı necə yaratdığını da Quranda belə bildirdi:
"Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o, tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, bir qadın olmaqla iki cift yaratdı. Elə isə o Allah ölüləri diriltməyə qadir deyildirmi?!" ("Qiyamət" surəsi, 36-40).
Materialist fəlsəfə kainatın sonsuzdan bəri mövcud olan təsadüfi maddə yığını olduğunu iddia edir. Ancaq XX əsrin elmi kəşfləri bu iddianı qəti olaraq təkzib etmişdir. Müasir elm göstərir ki, kainat «Böyük Partlayış» (Big Bang - Biq Bənq) adlandırılan bir partlayışla bir anda yoxdan yaradılmışdır. Kainatın bütün fikizi nizamı insanın yaşamasına əlverişli tərzdə planlaşdırılmışdır. Allah ulduzların dixilindəki nüvə reaksiyalarından karbon atomunun ya da su molekulunun kimyəvi xüsusiyyətlərinə kimi hər şeyi qüsursuz tərzdə yaratmışdır.
Qızıl dövr Quran əxlaqının Mehdi vasitəsilə bütün dünyaya hakim olacağı və insanların həqiqi imana qovuşacaqları dövrdür. Bu iki hadisənin çox mühüm olan bəzi maddi nəticələri var: Qızıl dövrdə əmin-amanlıq, təhlükəsizlik və ədalət tam şəkildə təmin ediləcəkdir. Bəşəriyyət iqtisadi çətinliklərdən qurtulacaq, ehtiyac içində olan adam olmayacaq, istəyənə istədiyindən də artığı veriləcəkdir. Həmin dövrə qədər görünməmiş bir bolluq yaşanacaq, məhsullar sayılmadan, çəkilmədən hər istəyənə paylanacaqdır. Bu dövrün diqqəti cəlb edən başqa bir xüsusiyyəti də müharibə və iğtişaşlara son qoyulmasıdır. Əvvəllər düşmən olan xalqlar arasında sülh və əmin-amanlıq yaşanacaq. İnsanlar bu dövrdə texnologiyanın bütün nemətlərindən istədikləri qədər və istədikləri ölçüdə faydalanacaq, texnologiyadakı hər cür tərəqqidən insanların rahatlığı, komfortu, sevinci və xoşbəxtliyi üçün istifadə ediləcəkdir. Təbabətdə, əkinçilikdə, rabitədə, sənaye texnologiyasında və nəqliyyatdakı ixtiralar yeni cığırlar açacaq. İncəsənətdə bir-birindən gözəl əsərlər ortaya çıxacaq, Allaha olan imanın insanlara qazandırdığı geniş üfüq və dərin düşüncə bütün sənət sahələrinə rəhbərlik edəcəkdir. Bir hədisdəki ifadə ilə desək, "insanlar vaxtın necə keçdiyini bilməyəcək, bu gözəlliklərdən daha çox istifadə etmək üçün Allahdan ömürlərinin uzadılmasını istəyəcəklər". İndi qeyd edilən fövqəladə hadisələrin necə həyata keçəcəyini Bu filmdə seyr edəkciniz.